Avropa İttifaqının komissarı İRAKLİ KOBAXİDZENİ ÖLÜMLƏ HƏDƏLƏDİ

09:17 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avropa komissarlarından biri ilə telefon danışığı zamanı səslənən təhdid şokedicidir. Avropa komissarı mənimlə söhbətində qərbli siyasətçilərin şəffaflıq qanununa qoyulmuş vetonun aşılmasından sonra qəbul edə biləcəyi bir sıra tədbirləri sadaladı və bu zaman “Fitsonun başına nə gəldiyini gördünüz, elə deyilmi ? Olduqca ehtiyyatlı olmalısınız” dedi”.

Hafta.az-ın yazığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında deyilir.

Kobaxidze, şəffaflıq haqqında qanunla əlaqəli təhdid kontekstində bir neçə gün əvvəl terror hücumunun hədəfinə çevrilmiş Slovakiyanın Baş nazirindən bəhs etmələrinin son dərəcə narahatedici olduğunu deyib.

Hökumət başçısı “İctimaiyyət “Şəffaflıq haqqında” qanunun ətrafında baş verənləri müşahidə edir və bir sıra yüksək rütbəli xarici siyasətçilərin gürcü xalqına və onun seçdiyi hakimiyyətə qarşı açıq təhdiddən belə çəkinmədiyini görür. Biz bu cür təhqiramiz təhdidlərə çoxdan öyrəşmişik. Bu, cəmiyyət və hakimiyyət üçün aktuallığını itirib. Lakin, uzunmüddətli şantaj fonunda belə Avropa komissarlarından biri ilə telefon danışığı zamanı səslənən təhdid şokedicidir” deyib.

Kobaxidzenin bəyanatında deyilir: “Şəffaflıq haqqında qanunla əlaqəli təhdid kontekstində bir neçə gün əvvəl terror hücumunun hədəfinə çevrilmiş və indi də müalicə edilən Slovakiyanın Baş nazirindən bəhs etmələri bizim üçün son dərəcə narahatedicidir. Vurğulamaq istərdim ki, ilkin məlumata əsasən, baş nazirə hücumun arxasında “Qlobal Müharibə Partiyası”na xüsusilə sıx bağlı olan ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi ortaya çıxır”.

Baş nazir Kobaxidze bəyanatını bu sözlərlə yekunlaşdırıb: “Özümü gürcü cəmiyyətinə bu təhlükə barədə məlumat verməyə borclu hesab etdim. Robert Fitsonun qətlinə cəhd edilməsi ilə aparılan paralel “Qlobal Müharibə Partiyası” timsalında Gürcüstana xaos gətirmək üçün hər şeyi edəcək son dərəcə təhlükəli bir qüvvə ilə qarşı-qarşıya olduğumuzu xatırladır. Əminəm ki, onların planları bu dəfə də uğurlu olmayacaq və Gürcüstan ölkənin inkişafı üçün zəruri şərt olan sülhü və siyasi sabitliyi qoruyub saxlayacaq”.

Siyasət rubrikasından digər xəbərlər